Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus hər mərtəbəsi 360m² olmaqla ümumi sahəsi 720m² olan ikimərtəbəli onotaqlı evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 210m² sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb.