Xəzər Xəbər

Prokuror Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası istəyib

Hadisə | 15:20 • 7 Dekabr 2023
Prokuror Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası istəyib

Dövlət ittihamçısı Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib.

Prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xəbər lenti

Çox oxunanlar