Xəzər Xəbər

Güclü külək Bakıda doqquzmərtəbəli binanın dam örtüyünü qoparıb

Hadisə | 08:56 • 28 Noyabr 2023
Güclü külək Bakıda doqquzmərtəbəli binanın dam örtüyünü qoparıb

Ötən gün səhər saatlarından başlayaraq əsən güclü külək Bakı şəhərində bir sıra fəsadlar törədib. Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib.

Xezerxeber.az FHN-in yaydığı xəbərə istinadən məlumat verir ki, “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Nəsimi rayonu, Azadlıq prospekti, 88 ünvanında yerləşən iyirmiikimərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində pəncərə çərçivəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə pəncərə çərçivəsi kənarlaşdırılaraq mümkün ağır fəsadlar aradan qaldırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.

Bundan başqa, xilasedicilər tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 20 ünvanında doqquzmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi müvafiq qaydada götürülüb və Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, bina 79a ünvanında yerləşən iyirmibirmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin eyvanında asılı vəziyyətdə qalmış metal parçası bərkidilərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.

Rubrikanın digər xəbərləri

Bakıda kran YANDI
Bakıda kran YANDI FOTO
16:15 • 6 Sentyabr 2024
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb
Bakıda qəza baş verib, yolda sıxlıq yaranıb FOTO
15:38 • 6 Sentyabr 2024
Bakıda evə basqın
Bakıda evə basqın ZƏRƏRSİZLƏŞDİRİLƏN VAR
12:05 • 3 Sentyabr 2024
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salındı
17:42 • 2 Sentyabr 2024
Yasamalda piyadanı maşın
Yasamalda piyadanı maşın VURDU
16:21 • 31 Avqust 2024
Goranboy rayonunda
Goranboy rayonunda YANĞIN
09:56 • 31 Avqust 2024

Xəbər lenti