Xəzər Xəbər

Bakıda baş verən yanğında altı nəfər xəsarət alıb

Hadisə | 23:01 • 23 Noyabr 2023
Bakıda baş verən yanğında altı nəfər xəsarət alıb

23.11.2023-cü il saat 20:03 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən obyektdə yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. 

Hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində 6 nəfər (1 qadın, 5 kişi olmaqla) xəsarət alıb. Onlardan 4 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Nərimanov Tibb Mərkəzinin tabeliyindəki Yanıq Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli, 35 yaşlı) sağ qaşüstü nahiyənin I dərəcəli yanığı diaqnozu ilə yerində yardım göstərilib.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan 33 yaşlı vətəndaşa (kişi cinsli) sağ bud nahiyəsinin deşilmiş yarası, 28 yaşlı vətəndaşa (kişi cinsli) sol çiyin nahiyəsinin deşilmiş yarası, 56 yaşlı vətəndaşa (kişi cinsli) bud-çanaq nahiyəsinin travması, 39 yaşlı vətəndaşa (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin yanığı, sağ qolun travması diaqnozu qoyulub.

Yanıq Mərkəzinə təxliyə olunan 40 yaşlı vətəndaşa (kişi cinsli) sağ ayağın II-III dərəcəli yanığı diaqnozu qoyulub.

Hazırda tibb müəssisələrinin müvafiq şöbələrində zərərçəkənlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda obyektdə yanğın söndürülüb
Bakıda obyektdə yanğın söndürülüb YENİLƏNİB
19:15 • 23 Dekabr 2024
Masallıda fərdi yaşayış evində
Masallıda fərdi yaşayış evində PARTLAYIŞ
20:15 • 22 Dekabr 2024
Bakıda ağır qəza
Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
Kəlbəcərdə avtomobil aşdı
Kəlbəcərdə avtomobil aşdı
13:46 • 22 Dekabr 2024
İsmayıllıda ağır qəza
İsmayıllıda ağır qəza Ölənlər var
10:23 • 22 Dekabr 2024

Xəbər lenti

Çox oxunanlar