Xəzər Xəbər

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr gətirilməsinin qarşısı alınıb

Hadisə | 13:25 • 14 Noyabr 2023
İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr gətirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusdakı sərnişinin üzərinə baxış keçirilib.

Xezerxeber.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, yoxlama zamanı həmin şəxsin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda-205,776 qram metamfetamin psixotrop maddəsi, 189,610 qram heroin və 4,93 qram metadon narkotik vasitələri aşkar edilib.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb və bir nəfər cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Naxçıvan şəhərində avtobus yanıb
Naxçıvan şəhərində avtobus yanıb FOTO
10:10 • 20 Sentyabr 2024
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
09:23 • 20 Sentyabr 2024
Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024
Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024

Xəbər lenti