Xəzər Xəbər

Bakıda bıçaqlanma hadisəsi olub, tutulan var

Hadisə | 10:11 • 10 Noyabr 2023
Bakıda bıçaqlanma hadisəsi olub, tutulan var

Bakıda bıçaqlanma hadisəsi olub.

DİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, noyabrın 9-da saat 17 radələrində Xətai rayonu ərazisində bir nəfərin kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub. 

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Ruslan Əsədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar