Xəzər Xəbər

Sumqayıtdakı basqında ölən və yaralananların FOTOLARI

Hadisə | 12:15 • 28 Oktyabr 2023
Sumqayıtdakı basqında ölən və yaralananların

Xəbər verdiyimiz kimi, Sumqayıtda evə silahlı basqın nəticəsində 2 nəfər qətlə yetirilib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Xezerxeber.az xəbər verir ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb.

Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər daxil olub: 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990-cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960-cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.

Trend hadisə nəticəsində ölən və yaralananların fotolarını əldə edib:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar