Xəzər Xəbər

Bakıda yataqxanada baş verən yanğın söndürülüb YENİLƏNİB

Əraziyə yanğınsöndürənlər cəlb olunublar
Hadisə | 17:20 • 22 Oktyabr 2023
Bakıda yataqxanada baş verən yanğın söndürülüb

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

16:54

Suraxanı rayonu, Əmircan qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Xezerxeber.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar