Xəzər Xəbər

Hacıqabulda DƏHŞƏTLİ YANĞIN ÖLƏNLƏR VAR

Hadisə | 11:03 • 12 Oktyabr 2023
Hacıqabulda DƏHŞƏTLİ YANĞIN

Dəqiqləşdirilmiş məlumata əsasən, gecə saatlarında Hacıqabul rayonunun Nəvahı qəsəbəsində baş vermiş yanğın hadisəsi taxta konstruksiyadan ibarət barak tipli yaşayış evində baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Hadisə nəticəsində Abışova Aybəniz Yolçu qızı (1981), Abışova Sara (1950), Sadıqova Zəhra Elçin qızı (2010), Sadıqov Elgün Elçin oğlu (2012), Mahmudov Mütəllim Əliyar oğlu (1943) yanğın nəticəsində həlak olub.

Daha 2 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların adları dəqiqləşdirilir.

Xəbər lenti

Çox oxunanlar