Xəzər Xəbər

Xəstəxanada yanlış diaqnoz və müalicə nəticəsində xəstə ölüb

Faktla bağlı cinayət işi açılıb
Hadisə | 14:57 • 9 Oktyabr 2023
Xəstəxanada yanlış diaqnoz və müalicə nəticəsində xəstə ölüb

“Naxçıvan Muxtar Respublikası Xəstəxanası” PHŞ-nin Kardioloji mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Xezerxeber.az bildirir ki, bu barədə Naxçıvan Şəhər Prokurorluğu məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı toplanmış sübutlara əsasən Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin həkimlər tərəfindən “Pnevmoniya” kimi qiymətləndirilməsi və patologiyanın müalicə tədbirlərindən kənarda qalması, eləcə də sağ ağciyərdə aşkar edilmiş patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində onun düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Naxçıvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Xəbər lenti

Çox oxunanlar