"Bu, bir müddətdir ki, təbliğ etdiyimiz bir şeydir. Biz açıq şəkildə bəyan etmişik ki, sülh razılaşması əldə edilə bilər", - deyə o bildirib.
Miller qeyd edib ki, Azərbaycan və Ermənistan sonda aralarındakı boşluğu aradan qaldırmalıdır.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ikitərəfli danışıqlar aparıblar.
Onlar Vaşinqtonda olarkən dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər və onların komandaları Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzərində işi davam etdiriblər.
Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin daha da inkişaf etdirilməsini tələb etdiyini etiraf ediblər.