Sumqayıt şəhərində xəstəxana ərazisində ümumi sahəsi 200 m² olan birmərtəbəli anbarın içərisində quraşdırılan elektrik lövhəsində 1 ədəd qoruyucu açar, giriş-çıxış kabeli 2 p.m və istifadəyə yararsız 3 ədəd çarpayı, 2 ədəd yataq dəsti yanıb. Anbar yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.