Xəzər Xəbər

Həmyerlisini meşədə baltalayaraq öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hadisə | 11:32 • 24 Avqust 2023
Həmyerlisini meşədə baltalayaraq öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Xəbər verildiyi kimi, 1969-cu il təvəllüdlü Eynəli Əzizovun qəsdən öldürülməsi faktı ilə bağlı Astara Rayon Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb (https://genprosecutor.gov.az/az/post/6283).

Rayon prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, istintaqla həmin rayon sakini Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Eynəli Əzizovu rayonun Şümrüd kəndindəki meşəlik ərazidə balta ilə xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Aslan Şüvünəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti