Xəzər Xəbər

Sumqayıtda anası ilə birgə bıçaqlanan uşağın SON VƏZİYYƏTİ açıqlandı

Hadisə | 12:18 • 21 Avqust 2023
Sumqayıtda anası ilə birgə bıçaqlanan uşağın SON VƏZİYYƏTİ açıqlandı

Xəbər verdiyimiz kimi, gecə saatlarında Sumqayıtda bıçaqlanma hadisəsi baş vermişdi. 37 yaşlı Günay Əhməd qızı Zülfüqarova oğlu tərəfindən bıçaqlanaraq öldürülmüş, 2012-ci il təvəllüdlü Zülfüqarlı Hüseyn Mahir oğlu isə bıçaq yaraları alaraq Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına yerləşdirilmişdi.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi azyaşlının son vəziyyəti barədə açıqlama verərək bildirib ki, 2012-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Zülfüqarlı Hüseyn Mahir oğlu avqustun 21-də saat 00:45-də TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına daxil olub.  Xəstəyə travmatik hemopnevmotoraks diaqnozu qoyulub. 

Vəziyyətə uyğun olaraq  cərrahi əməliyyat olunub. Vəziyyəti keçirdiyi əməliyyata uyğun olaraq, stabil ağırdır. (lent.az) 

Xəbər lenti

Çox oxunanlar