Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.
Şəhər sakini, 1993-cü il təvəllüdlü Leyla Elşad qızı Quliyeva yaşadığı binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.
Nəticədə qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.