Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Nuran kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 5 ha ərazidə biçilmiş taxıl sahəsi, 2 ha ərazidə isə quru ot və kol-kos yanıb, xəsarət alan olmayıb.
Belə ki, Xidmət tərəfindən həyata keçirilən zəruri tədbirlər nəticəsində hadisənin Ağsu rayon, Zərqəva kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov Bəhlul Fəyyaz oğlu tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.