Xəzər Xəbər

“Nikosayağı”nın atası DANIŞDI: “Nicat narkozdan ayılıb”

Hadisə | 11:11 • 15 Avqust 2023
“Nikosayağı”nın atası DANIŞDI: “Nicat narkozdan ayılıb”

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası açıqlama verib.

Nafiz Mütəllimov Nicatın narkozdan ayıldığını və hazırda reanimasiya olduğunu bildirib:

“Nicat qəzaya uğramasını gecə saat 2-3 radələrində eşitdik. Heydər Əliyev prospektində baş verib qəza. Hadisə yerinə gedəndə artıq orda yox idi. Gəldik xəstəxanaya dedilər ki, Nicatın qolu dirsəkdən aşağı amputasiya olunub.

Mən özüm də həkiməm, amma yanına buraxmırlar. Narkozdan ayılıb”.

Atası Nicat Şakirlinin bu gün reanimasiya qalacağını deyib:

“Deyirlər ki, bu gün reanimasiya qalacaq. Amma narkozdan ayılıb. Qənaetbəxşdir vəziyyəti.

Məndə olan məlumata görə, aeroport yolundan şəhərə qayıdırmışlar”.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başladılıb.

Xəbər lenti