"Saat 21:31 dəqiqədə FHN Dövlət Yanğından Mühagizə Xidmətinə məlumat daxil olub. Saat 21:36 dəqiqədə ilkin yanğın bölmələri hadisə yerinə çatıb".
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamadında Dövlət Yanğından Mühafizə Xidmətimin rəis müavini Rza Xudiyev deyib.
O qeyd edib ki, yanğın Neftayırma zavodunun hasarının yaxınlığında, təxminən 4 ədəd 5000 kubmetrlik neft çənlərinə yaxın ərazidə olub.
"Küləyin gücündən yanğın daha böyük ərazini əhatə edib. Neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar, yanğın yerinə yüksək çağırış elan olunub. Saat 23:03 dəqiqədə yanğın tam məhdudlaşdırılıb, nəzarətə götürülüb. Neft sektoruna heç bir təhlükə yoxdur. Hazırda söndürmə işləri davam edir. Qısa bir zamanda yanğın söndürüləcək. Yanğın 2 hektara yaxın ərazini əhatə edir. Əsas yanan məişət tullantıları və ağac qırıntıları, qamışlıqdır. Nə mülki nə də yanğınsöndürənlərdən xəsarət alan yoxdur. Hadisə yerinə Bakı qarnizonu qüvvə vasitələri 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub", - deyə nazirlik rəsmisi bildirib.