Xəzər Xəbər

Bu il korrupsiyaya görə 28 nəfər cinayət başında yaxalanıb

Hadisə | 16:47 • 19 İyul 2023
Bu il korrupsiyaya görə 28 nəfər cinayət başında yaxalanıb

Cari ilin birinci yarısında əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılıb, keçirilmiş 19 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 18 nəfər saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov deyib.

Qeyd edib ki, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 218 şəxs barəsində 144 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 18 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 136 şəxs barəsində 68 iş ağır cinayətlər məhkəmələrinə, 4 şəxs barəsində 4 iş hərbi, eyni zamanda 78 şəxs barəsində 72 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

Xəbər lenti