Xəzər Xəbər

İşlədikləri şirkətin enerji bloklarını oğurlayan şəxslər ifşa olunub FOTO

Hadisə | 10:07 • 17 İyul 2023
İşlədikləri şirkətin enerji bloklarını oğurlayan şəxslər ifşa olunub

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yerli mobil operator şirkətinə məxsus ötürücü stansiyalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, araşdırmalar zamanı Sumqayıt şəhər sakinləri Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev və Bakı şəhər sakini Nəsimi Qurbanovun cari ilin müxtəlif vaxtlarında işlədikləri şirkətin Tərtər, Daşkəsən, Yevlax və Goranboy rayonlarındakı ötürücü bazalarından ümumi dəyəri 30 min manata yaxın enerji bloklarını oğurladıqları məlum olub. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf edərək, həmin enerji bloklarını satdıqlarını bildiriblar.

Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar