Xəzər Xəbər

Altı ay ərzində 4 ton 623 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Hadisə | 15:22 • 11 İyul 2023
Altı ay ərzində 4 ton 623 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bu ilin yanvar-iyun ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5881 cinayət faktı aşkarlanıb. Onlardan 2048-i narkotik vasitələrin qanunsuz satışı, 3638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 166-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 29-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 623 kiloqram 028,027 qram narkotik vasitənin və psixotrop maddənin 1 ton 517 kiloqram 650,954 qramını heroin, 2 ton 510 kiloqram 387,573 qramını marixuana, 183 kiloqram 113,261 qramını tiryək, 50 kiloqram 885,902 qramını həşiş, 247 kiloqram 007,907 qramını psixotrop maddələr, 113 kiloqram 982,43 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövrdə 38418 ədəd həb metadon, 8476 ədəd çətənə bitkisi, eləcə də 3 kiloqram 153,268 qram, 7631 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qram prekursor qanunsuz dövriyyədən götürülüb.

Xəbər lenti

Çox oxunanlar