Zəlzələnin ən çox hiss olunduğu rayonlardan biri də Xaçmaz olub.
Xezerxeber.az xəbər verir ki, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində rayonda hər hansı fəsad, dağıntı qeydə alınmayıb. Rayon mərkəzində çoxmərtəbəli binada yaşayan sakinlər arasında müəyyən narahatçılıq yaşanıb. Bina sakinləri həyətlərə düşüblər.