Xəzər Xəbər

Sosial şəbəkələrdə yayılan iddiaların əsası yoxdur DİN

Hadisə | 02:02 • 4 İyul 2023
Sosial şəbəkələrdə yayılan iddiaların əsası yoxdur
Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Xezerxeber.az bu barədə DİN-nin mətbuat xidmətinə istinadən bildirir.

"DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Xəbər lenti

Çox oxunanlar