Xəzər Xəbər

İsmayıllıda seldən zərər çəkənlərdən sığortası olanlara pul ödəniləcək İCRA BAŞÇISININ MÜAVİNİ

Hadisə | 11:11 • 1 İyul 2023
İsmayıllıda seldən zərər çəkənlərdən sığortası olanlara pul ödəniləcək

Hazırda İsmayıllıda selə görə yaranmış vəziyyət stabilləşib.

Bunu İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov deyib.

O bildirib ki, dünən yağan dolu və yağış əsasən rayonun Lahıc, Cülyan və Talıstan kəndlərinə ziyan vurub.

"Güclü yağıntı nəticəsində Talıstan və Cülyan çaylarında selə səbəb olub. Cülyan çayından keçən sel vətəndaşın avtomobilin aparıb, taxıl sahələrinə ziyan dəyib. Bəzi evlərin zirzəmiləri və həyətyanı sahələrinə su dolub. Lakin ciddi fəsad törətməyib. Bu faktlar əsasən Lahıc qəsəbəsində qeydə alınıb."

M.Süleymanov qeyd edib ki, hazırda dəymiş ziyan müəyyən olunur.

"Kimin sığortası varsa sığorta şikəti tərəfindən pul ödəniləcək. İcra hakimiyyəti də öz üzərinə düşən vəzfələri yerinə yetirir. Belə ki, əraziyə texnika cəlb olunub. Axşam Lahıc qəsəbəsində yollar bağlanmışdı. Hazırda yollar birtərəfli də olsa açılıb. Ancaq işlər hələ də davam edir. Sel fəlakəti nəticəsində ölən yoxdur. Talıstan və Cülyan çayı istiqamətində meşəyə gedən insanlar dünən axşam saatların təxliyə olunub", - deyə o qeyd edib. (trend)

Xəbər lenti