Oğuzda oteldə ölüm faktı qeydə alınıb.
Modern.az xəbər verir ki, hadisə Oğuz şəhərində yerləşən "Səma" oteldə baş verib.
Bakı şəhər sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər saatlarında oteldə ürəktutmasından vəfat edib.
Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gedib. Toydan çıxıb oteldə qalarkən özünü pis hiss edib. Gecə saatlarında təcili tibbi yardım çağırılıb.
Bu gün səhər otel əməkdaşları onu qaldığı otaqda ölmüş vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.
***
09:54
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib. O, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.