Xəzər Xəbər

Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb

Hadisə | 10:52 • 26 İyun 2023
Bakıda avtobusun vurduğu piyada xəstəxanada ölüb

Bakıda sərnişin avtobusunun vurduğu piyada ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli-Sədərək yolunda qeydə alınıb.

“Daewoo BC090” markalı avtobus yolun ortasında qoşa xəttin üzərində dayanmış piyada, 1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Amma onun həyatını xilas etmək mümkün olub.

Xəbər lenti