Xəzər Xəbər

Azərbaycanda qardaş qardaşı bıçaqlayıb ÖLDÜRDÜ

Hadisə | 08:55 • 17 İyun 2023
Azərbaycanda qardaş qardaşı bıçaqlayıb

İyunun 17-si, saat 02 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Rubrikanın digər xəbərləri

Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024
Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024
Babək prospektində
Babək prospektində QƏZA
09:25 • 11 Sentyabr 2024

Xəbər lenti