Xəzər Xəbər

Bakıda yataqxanada YANĞIN... 52 nəfər TƏXLİYƏ olundu FHN MƏLUMAT

Hadisə | 09:05 • 16 İyun 2023
Bakıda yataqxanada YANĞIN... 52 nəfər TƏXLİYƏ olundu

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Xezerxeber.az bu barədə FHN-nə istinadən məlumat verir.

Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.

Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar