Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə ayrı-ayrı vaxtlarda rayon ərazisindəki bir mağazadan və bir evdən ümumilikdə 6200 manat pul, 1800 manat dəyərində geyim və məişət əşyaları oğurlanması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, oğurluqda şübhəli bilinən Yevlax rayon sakini H.Bəkirova müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.