Xəzər Xəbər

Polis Şəmkir sakinlərində avtomat və narkotik aşkarlayıb Foto

Hadisə | 08:26 • 11 May 2023
Polis Şəmkir sakinlərində avtomat və narkotik aşkarlayıb

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Coşqun Aslanov saxlanılıb.

Xezerxeber.az DİN-ə istinadən bildirir ki, üzərində marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin yaxınlığında odlu silah da gizlətməsi məlum olub. Qeyd edilən ünvana baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd həmin avtomata məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Arxein Məmmədov və Ruslan Süleymanzadə saxlanılıb. Şübhəli şəxslərin üzərlərindən müvafiq olaraq heroin və marixuana edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Naxçıvan şəhərində avtobus yanıb
Naxçıvan şəhərində avtobus yanıb FOTO
10:10 • 20 Sentyabr 2024
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
09:23 • 20 Sentyabr 2024
Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024
Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024

Xəbər lenti