Bakıda şadlıq evində dava düşüb, iki nəfər bıçaqlanıb.
Dünən Binəqədi rayonu Binəqədi şossesində yerləşən "Vhite Palace" restoranında bıçaqlanma baş verib.
Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Salmanov Polad Vüqar oğlu 2005-ci il təvəllüdlü Hüseynov Xəyal Səbuhi oğluna sol döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək restorandan qaçıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salmanov Polad Vüqar oğlu saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.
Hazırda Binəqədi RPİ-də araşdırma aparılır. (Trend)