Dəmir yolundan oğurluq edən şəxs Sumqayıtda saxlanılıb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Baş Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı dəmir yolundan oğurluq etməkdə şübhəli bilinən Naxçıvan MR Şərur rayon sakini Rahim Vəliyevi saxlayıblar.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs dəmir yolunun Baş Sumqayıt-Güzdək mənzilinin 23-cü kilometrliyindən işlək vəziyyətdə olan rabitə naqilini kəsərək oğurlayıb və satıb.
Faktla bağlı Xaçmaz Xətt Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanılıb.