Xəzər Xəbər

Gəncədə xəstəxanada yanğın baş verib, bir nəfər ölüb

Hadisə | 11:59 • 26 Aprel 2023
Gəncədə xəstəxanada yanğın baş verib, bir nəfər ölüb

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan Xezerxeber.az-a bildirilib ki, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti