Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Xezerxeber.az FHN-nə istinadən xəbər verir ki, yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində taxta konstruksiyalardan ibarət 3 eyvan ümumilikdə təxminən 10m² sahədə, 5-ci mərtəbəsində 2 eyvan ümumilikdə 8m² sahədə və eyvanlardan otaqlara giriş qapı-pəncərələri yanıb. Yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.