Biləsuvarda partlayış baş verən binadan sakinlər təxliyə olunub.
Xezerxeber.az-ın xəbərinə görə, 37 ailə Olimpiya kompleksinə yerləşdirilib.
"Binada kommunal xidmətlər dayandırılıb"
Partlayış baş verməsi səbəbilə 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla - 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.
Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.