Xəbər verdiyimiz kimi aprelin 23-də saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1998-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Rəsul Nəsib oğlu Ağazadə saxlanılaraq istintaqa təhvil verilib.