Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.
Xezerxeber.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşını hərəkətdə olarkən qəfildən idarəetmədəni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı 1 nəfər ölüb, xəsarət alanlar da var.
Faktla bağlı araşdırma aparılır.