Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, ötən gün keçirilən tədbirlərlə qanunsuz olaraq odlu silah əldə etməkdə və gizlətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Növbəti uğurlu tədbir Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat tədbirləri ilə paytaxt sakini Mahir İbadovdan “AKM” markalı avtomat silah və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Abşeron RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Rəhimovdan “AKM” markalı avtomat silah, 29 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ramil Hüseynovdan qanunsuz saxladığı “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.