Beynəlxalq axtarışa verilmiş 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Xezerxeber.az bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Şirin Məmmədov, Teymur Quliyevin və Yalçın İbadov ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub.
"Hər 3 şəxs Rusiya Federasiyası ərazisində saxlanılaraq aprelin 20-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib"
Belə ki, istintaqı aparılan cinayət işləri üzrə Şirin Məmmədovun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri (qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrik etmə), Teymur Quliyevin həmin Məcəllənin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq), Yalçın İbadovun isə həmin Məcəllənin 182.1-ci maddəsində (hədə qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.