Xəzər Xəbər

Hərbi hissədə əsgərlə görüşə narkotik gətirilib

Hadisə | 16:42 • 17 Aprel 2023
Hərbi hissədə əsgərlə görüşə narkotik gətirilib

Aprel ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. 

İlkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib.

Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar