Xəzər Xəbər

Şəmkirdə civəni 200 minə satan tutuldu ƏMƏLİYYAT

Hadisə | 13:36 • 28 Mart 2023
Şəmkirdə civəni 200 minə satan tutuldu

Şəmkir rayonunda civə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla respublika ərazisinə gətirilmiş insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Hacıqabul rayon sakini İbrahim İbrahimovun sosial şəbəkə vasitəsi ilə tanımadığı əcnəbi vətəndaş ilə cinayət əlaqəsinə girərək Şirvan rayonu ərazisində gizlədilmiş civəni Şəmkir rayonuna gətirməsi və orada 200 min manata satmaq istəməsi məlum olub.

Şübhəli şəxs saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib və üzərindən 2 ədəd şüşə qabda ümumi çəkisi 1 kq 700 qram olan civə aşkarlanaraq götürülüb. Aşkar edilən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar