Xəzər Xəbər

Bakıda yataq xəstəsi olan bacı ölüb, qardaş intihar edib

Hadisə | 09:51 • 27 Mart 2023
Bakıda yataq xəstəsi olan bacı ölüb, qardaş intihar edib

Bakıda evdən iki meyit tapılıb.

Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın da meyiti aşkar edilib.

Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti

Çox oxunanlar