Xəzər Xəbər

Abşeronda iki nəfər dəm qazından boğulub

Bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə | 09:04 • 31 Yanvar 2023
Abşeronda iki nəfər dəm qazından boğulub

Abşeron rayonunda dəm qazı faciəyə səbəb olub.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. 

1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.

Hadisə zamanı zəhərlənən 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar.

Xəbər lenti

Çox oxunanlar