Xəzər Xəbər

Cəlilabadda yol inşasına 1,5 milyon manat ayrılıb SƏRƏNCAM

Gündəm | 11:24 • 14 Aprel 2025
Cəlilabadda yol inşasına 1,5 milyon manat ayrılıb

Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı 1,5 milyon manat ayrılıb.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Xəbər lenti