Xəzər Xəbər

Ermənistan işğal dövründə kütləvi şəkildə basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşsın BAKIDAN ÇAĞIRIŞ

Gündəm | 23:00 • 4 Aprel 2025
Ermənistan işğal dövründə kütləvi şəkildə basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşsın

Azərbaycan Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərini yerinə yetirməyə və Azərbaycan ərazisində işğal dövründə kütləvi şəkildə basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşmağa çağırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

O da qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında mina qurbanlarının hüquqlarının tanınması istiqamətində mühüm addım atılıb.

“Azərbaycan əsl həmsponsor kimi BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam istifadəsinə təsiri” adlı qətnamənin qəbul edilməsini alqışlayır”, - məlumatda deyilir.

Xəbər lenti