Xəzər Xəbər

Qvadelupa nümayəndəsi: Afrikalılar əsrlər boyu assimilyasiyaya məruz qalıblar

Gündəm | 12:16 • 29 Mart 2025
Qvadelupa nümayəndəsi: Afrikalılar əsrlər boyu assimilyasiyaya məruz qalıblar

Assimilyasiya kütləvi qırğın silahıdır. Afrikalılar əsrlər boyu buna məruz qalıblar. Məcburi assimilyasiya isə çox təhlükəlidir. Buna qarşı mübarizəmiz davam edir.

Xezerxeber.az xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda deyib.

“Qvadelupa öz mədəniyyətini, mədəni irsini və ənənələrini yaşatmağa çalışır. Buna görə müstəmləkəçiliyə məruz qalan digər xalqlarla birgə mübarizə aparmalıyıq. Müxtəlifliyimiz bizim gücümüzə çevrilməlidir”, - deyə Qvadelupa nümayəndəsi bildirib.

Xəbər lenti