Xəzər Xəbər

ABŞ təhlükəsizlik sahəsində Azərbaycanla uzunmüddətli əməkdaşlığın davam etməsinə sadiqdir Səfirlik

Gündəm | 13:38 • 31 Dekabr 2024
ABŞ təhlükəsizlik sahəsində Azərbaycanla uzunmüddətli əməkdaşlığın davam etməsinə sadiqdir

2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Qeyd edilib ki, keçən il iki ölkə terrorizm və insan alveri ilə mübarizə üzrə praktiki təlimlər keçirib:

"Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-nin yüksək hərbi institutlarını bitirməsi şərəfinə nail olduq. Biz, həmçinin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək və qarşılıqlı fəaliyyətə dəstək verəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəkləməkdən məmnunuq", - deyə məlumatda vurğulanıb.

Xəbər lenti

Çox oxunanlar