Xəzər Xəbər

Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər

Gündəm | 22:41 • 28 Dekabr 2024
Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər

Rusiya tərəfinin təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Xezerxeber.az Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçıları Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının faciəli ölümü ilə əlaqədar başsağlığı veriblər və yaralananların tezliklə sağalmasını arzulayıblar.

Liderlər təyyarə qəzasının səbəblərinin araşdırılması istiqamətində tərəflərin həyata keçirdiyi işləri müzakirə ediblər. Kasım-Jomart Tokayev yaradılmış Qazaxıstan Respublikasının Hökumət Komissiyasının Azərbaycan, Rusiya və Braziliya mütəxəssislərinin cəlb edilməsi ilə araşdırmanı davam etdirdiyini qeyd edib.

Prezidentlər aparılan istintaq tədbirləri çərçivəsində hərtərəfli və şəffaf araşdırmanın təmin edilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Çox oxunanlar