Xəzər Xəbər

Qazaxıstan Parlament Məclisinin sədri Sahibə Qafarovaya zəng edib

Gündəm | 17:07 • 27 Dekabr 2024
Qazaxıstan Parlament Məclisinin sədri Sahibə Qafarovaya zəng edib

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a verilən xəbərə görə, Qazaxıstan Parlament Məclisinin sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Xəbər lenti

Çox oxunanlar