İstintaq yekunlaşmadan Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı.
Xezerxeber.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı danışarkən deyib.
Peskov qeyd edib ki, Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcək.